İngiltərədə həbsxanadan qaçan 21 yaşlı keçmiş hərbçi Daniel Abed Xəlifənin tutulmasına kömək edənlərə 20 min sterlinq mükafat veriləcək.
32gun.az xəbər verir ki, bu barədə London Metropoliten Polisi açıqlama yayıb.
Verilən açıqlamada, terrorla mübarizə birliklərindən və digər birliklərdən dəstək alan 150 personalın iştirak etdiyi Xalifənin axtarışlarının bütün Londonda davam etdiyi bildirilib. Həbsxanadan qaçdığı HMP Wandsworth yaxınlığındakı şəhər mərkəzindəki bir qəzet köşkündən verilən məlumatda, Xəlifənin təsvirinə uyğun bir adamın göründüyü ifadə edilib.
Polis həmçinin axtarışların davam etdiyini bildirib.
Ayxan