DÜNYA ÖZ XƏBƏR

BMT dünya üzrə aclıqdan əziyyət çəkənlərin statistikasını AÇIQLAYIB

Dünyada təxminən 783 milyon insan qida əldə etməkdə problem yaşayır, 50-dən çox ölkədə isə təxminən 47 milyon insan aclıq astanasındadır.

32xəbər verir ki, bu barədə məlumatı Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Sindi Makkeyn BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) keçirilən sessiyasında çıxışı zamanı yayıb.

Qlobal ərzaq böhranından danışan Makkeyn, "Müharibə, iqtisadi qarışıqlıq, sürətlənən iqlim dəyişikliyi və ətraf mühitin deqradasiyası hər il milyonlarla insanı yoxsulluğa və ümidsizliyə sürükləyir. Dünya əhalisinin təxminən 1/10 hissəsinə uyğun gələn  783 milyon insan qida tapmaqda çətinlik çəkir" deyib.

Direktor ÜƏP-nin resursların azalması səbəbindən milyonlarla insana verilən ərzaq yardımını kəsmək qərarına gəlməli olduğunu bildirib.

Humanitar yardıma ehtiyacın davam etdiyini, lakin büdcənin azaldıldığını vurğulayan Makkeyn, sektorlararası əməkdaşlığı ön plana çıxaran yeni modellərin hazırlanmasının vacib olduğunu vurğulayıb.

Aysel Şirinova

 

 

 

Oxşar Xəbərlər