SİYASƏT
Kirants kəndində də sərhəd dirəkləri quraşdırıldı - VİDEO
Xəbər verdiyimiz kimi, Ermənistan tərəfi ilə razılaşdırılmış delimitasiya işləri çərçivəsində Qazaxın 4 kəndindən əlavə, Kirants kəndinin bir hissəsi də Azərbaycanın nəzarətinə keçir.
"32gun.az" erməni KİV-ə istinadən xəbər verir ki, artıq kəndin mübahisəli ərazilərinə də sərhəd dirəkləri quraşdırılıb.
Ermənistan tərəfi indi Azərbaycanın nəzarətinə keçən Ermənistan-Gürcüstan dövlətlərarası yoluna alternativ yol çəkir və sərhəddin qarşı tərəfində qalan ermənilərə kompensasiya verir.
Xatırladaq ki, onlar bunun üçün Azərbaycandan iyun ayının 24-nə qədər vaxt istəyiblər.