DÜNYA ÖZ XƏBƏR

Tanınmış Kriminal avtoritetin qardaşı oğlu saxlanıldı - FOTO

Kriminal avtoritet Şakro Molodoyun (Zaxariya Kalaşov) qardaşı oğlu Moskva yaxınlığındakı Balaşixada saxlanılıb.

"32gun.az" Rusiya KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı Vitalik adam öldürməyə cəhdlə bağlı cinayət işində federal axtarışda olub.  "Federal axtarışda olan 2002-ci il təvəllüdlü Vitalik Kalaşov saxlanılıb", - KİV yazıb.  Bildirilir ki, Şakro Molodoyun qardaşı oğlu 2024-cü il dekabrın 30-da Moskvada bir nəfəri qətlə  yetirib.  Xatırladaq ki, 2024-cü ilin yazında 71 yaşlı Şakro Molodoy səhhətində yaranan problemlərə görə həbsdən buraxılmışdı. 2018-ci ildə məhkəmə onu hədə-qorxu ilə tələb etmə maddəsi ilə 9 il 10 ay müddətinə azadlıqdan məhrum edib.

Ayxan 

Oxşar Xəbərlər