Kanadada təhlükəsizlik kamerası meteoridin düşüşünü səs ilə birlikdə qeydə alıb.
32gun.ax CBC News-a istinadən xəbər verir ki, bu, elm tarixində ilk belə hadisədir.
Prins Eduard adasında yaşayan Co Velaydium öz evinin qarşısında kosmik obyektin parçalarını tapıb. O, daş parçalarını alimlərə təqdim edib. Alimlər meteoriti "Şarlottaun" adlandırıblar.
Məqalədə qeyd olunur ki, meteorid yerə düşməzdən əvvəl təxminən 200 km/saat sürət yığıb. Velaydium bildirib ki, meteoridin düşdüyü yerdə hadisədən bir neçə dəqiqə əvvəl dayanıb. Bu hadisə onu şoka salıb.
Alberta Universitetinin əməkdaşları hadisə ilə bağlı açıqlama veriblər. Universitetin mütəxəssisi Kris Herd, meteoridin səs ilə birlikdə kamerada qeydə alınmasının elm tarixində ilk dəfə baş verdiyini vurğulayıb.
Ayxan