Ədirnədə polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində bir yük maşınında 10 milyon Türk lirəsi dəyərində 3 kiloqram 150 qram kokain və 300 qram skank aşkar edilib.
32gun.ax Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ədirnə İl Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları narkotik maddə ticarətinin qarşısını almaq üçün fəaliyyətlərini davam etdirir. Məlumata əsasən, Kapıkule sərhəd-keçid məntəqəsi yaxınlığında bir yük maşını saxlanılıb və yoxlama aparılıb.
Axtarış zamanı yük maşınında gizlədilmiş 3 kiloqram 150 qram kokain və 300 qram skank aşkarlanıb. Hadisə ilə əlaqədar saxlanılan F.T. və M.K. adlı iki şübhəli məhkəmə qərarı ilə həbs edilib.
Ayxan