SOSIAL
TƏCİLİ XƏBƏR‼️ BAKIDA bu yolun bir hissəsi çökdü / FOTOLAR
Bakının Nizami rayonunda yolun bir hissəsi çöküb.
“32gun.az” APA-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
İlkin məlumata görə, ərazidəki yolun çökməsinə yeraltı su borularından birinin partlaması səbəb olub.
Əraziyə DYP idarəsinin əməkdaşları cəlb olunub.
Yolda hərəkətin tənzimlənməsi istiqamətində işlər aparılır. Hava şəraiti və yaranan problem səbəbindən avtomobillərin hərəkətində müəyyən sıxlıq yaranıb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən əraziyə baxış keçirilir.
.