SOSIAL
DTX rəisi Xocalı abidəsini ziyarət etdi - FOTO
Xocalı faciəsinin ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Xocalı soyqırımı abidəsini ziyarət edib.
"32gun.az" xəbər verir ki, Əli Nağıyev soyqırımı abidəsinin önünə gül dəstələri düzüb, faciə qurbanlarını ehtiramla yad ediblər.
Qeyd edək ki, bu gün-26 fevral Xocalı faciəsinin 33-cü ildönümüdür.