SOSIAL
Liftlərin dəyişdirilməsinə 10 milyon manata yaxın vəsait ayrıldı - SƏRƏNCAM
Azərbaycanda çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazası möhkəmləndiriləcək.
"32gun.az" xəbər verir ki, Prezident İlham Əliyev çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamla müvafiq şəhər və rayon icra hakimiyyətlərinə 9 milyon 940 min manat vəsait ayrılıb.