HADİSƏ

DƏHŞƏT! Şəhid anasına məxsus tikili yanaraq kül oldu - VİDEO

Ucar rayonunda şəhid anasına məxsus tikili yanaraq kül olub.

İkinci Qarabağ müharibəsi şəhidi Ələkbərov Səbuhinin anası Südabə Ələkbərovanın tövləsi 500 bağ qışa tədarük edilmiş otla birgə yanıb. 

Bərgüşad rayonunda qeydə alınan hadisəyə Ucar rayon FHN-in əməkdaşları cəlb olunub, yanğının digər tikililərə keçməsinin qarşısı alınıb. 

Şəhidin qardaşının sözlərinə görə, əraziyə gələn Ucar rayon İcra hakimiyyətinin nümayəndələri bütün zəruri tədbirlərin görüləcəyini, bununla bağlı ailəyə yardım edəcəyini bildirib.  Unikal

 

 

Oxşar Xəbərlər