DÜNYA

Konsert zamanı DƏHŞƏT: Səhnədəki ekran rəqqasın üzərinə düşdü (VİDEO)

Honq-Konqda “Mirror” qrupunun çıxışı zamanı səhnədəki ekran düşüb.

Lent.az RenTV-yə istinadən verdiyi məlumata görə, fanatların yayımladığı videoda ekranın hərəkəti və fırlanması zamanı onu tutan konstruksiyanın birbaşa rəqqaslardan birinin üzərinə düşməsi əks olunub.

Müxtəlif mənbələrə görə, qrupun 2 və ya 3 üzvü yaralanıb.

Yaralı rəqqasələr xəstəxanaya aparılıb.

Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Oxşar Xəbərlər