DÜNYA

Klip çəkən qrupa basqın edərək qadınlara təcavüz etdilər

Silahlı şəxslər klip çəkən qrupa basqın edərək 8 qadına təcavüz ediblər.

 Hadisə Cənubi Afrika Respublikasının Yohannesburq şəhəri yaxınlığında baş verib.

Belə ki, Krugersdorp bölgəsində klip çəkən komandaya naməlum silahlılar tərəfindən hücum edilib.

8 qadının zorlandığını bildirən rəsmilər komandanın bəzi üzvlərinin qiymətli əşyalarının oğurlandığını qeyd edib.

Hadisəni törədənlərin tutulması üçün genişmiqyaslı araşdırmalara başlanılıb. /azxeber.com/

Oxşar Xəbərlər