İDMAN

Dünya çempionu yeni nazirlə görüşmək istəyir - Görün nə deyəcək

"Düzdür bir neçə dəfə yeni təyin olunmuş  Gənclər və İdman  Naziri Fərid Qayıbovla göruşmək üçün  nazirliyə ərizə ilə müracət etsəm də, orada yaradılan süni əngəllər nəticəsində, rəsmi müraciətim rəhbərliyə təqdim  olunmur".

Bu fikirləri 4 qat dünya çempionu Anar Süleymanova aiddir. Dünya çempionu Hit.az-a açıqlamasında nazirlə görüşünün əsas məqsədinin şikayət yox, idmanın inkişafı naminə layihə təqdim etmək olduğunu deyib:

"Bəlkə də düşünürlər qəbul zamanı məqsədim, mənə edilənlərlə bağlı narazıçılıqları qabartmaqdır.

Ancaq hazırda mənim məqsədim idmanın inkişafı naminə, yazdığım müxtəlif platformalı inavvatik və kreativ layihələrin həyata keçməsi üçün cənab nazirdən dəstək istəməkdir.  Çünki düşünürəm ki, sözü gedən layihələr, Fərid Qayıbov tərəfindən, maraqla qarşılanacaq.

Ümid edrəm ki, cənab nazirin islahatları nəticəsində ölkə idmanımız  beynəlxaq standartlara cavab verəcək şəkildə dəyişib inkişaf edəcək. Bunun üçün məndə öz növbəmdə,  həm bir idmançı həmdə gənclərlə çalışan bir vətəndaş  olaraq,  əlimdən gələn lazımı layihələri  həyata keçirməyə hazıram. Ona görədə çox istəyərdim ki , nazir  məni  öz göruşünə qəbul etsin".

Oxşar Xəbərlər