HADİSƏ

Bakıda polis bu qadını axtarır - FOTOYA DİQQƏT

Bakıda itkin düşən 62 yaşlı qadın axtarılır.

Bu barədə itkin düşən şəxsin yaxınları məlumat verib.

Belə ki, paytaxtın Səbail rayonu ərazisində yaşayan Əsədova Dünyaxanm Hacıbaba qızı 2022-ci il noyabrın 1-də yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb. Onun yaddaş problemi var.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, (077)-638-37-38, (055)-887-17-55, (055)-507-30-57 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Oxşar Xəbərlər