HADİSƏ

Qazaxda qəzaya uğrayan avtomobillə bağlı YENİ XƏBƏR - Rəcəb Babaşovun...

Xəbər verdiyimi kimi, Qazaxda idarəetmədən çıxan avtomobil qəzaya uğrayıb. Hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

Qazax Rayon İcra Hakimiyyətinə məxsus “Toyota camry” markalı, 35-AA-005 dövlət seriya nişanlı avtomobil su kanalına aşıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb.

32gun.news-un əldə etdiyi məlumata görə, 35-AA-005 dövlət nömrə nişanlı avtomobil Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun müavini Gülayə Həsənovanın xidməti avtomobilidir.

Qəza baş verdiyi zaman avtomobili G.Həsənovanın sürücüsü idarə edirmiş

Gülnur

Oxşar Xəbərlər