Şəhidin yasında silahdaşlarının oxuduğu marş ürək dağladı (VİDEO)
Xəbər verdiyimiz kimi, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında “Pəncə-Kilit” antiterror əməliyyatı həyata keçirən birlikləri terrorçuların hücumuna məruz qalıb. Noyabrın 26-da terrorçuların açdığı atəş nəticəsində 3 türk hərbçi həlak olub, ikisi yaralanıb. Edilən səylərə baxmayaraq, ildırım vurması nəticəsində yaralanan digər bir hərbçi də dünyasını dəyişib.
Leytenant Duabey Onur Öztürkmen ölümündə əvvəlki vəsiyyəti ilə öz kəndində dəfn edilib.
Öztürkmenin silahdaşları şəhidin kədərli ailəsi ilə görüşüb. Ailəsinə başsağlığı verən leytenantlar hər kəsin önündə Hərbi Akademiyanın marşını oxuyublar.
Başda Öztürkmen olmaqla, "Pəncə Qılınc" Hərəkatı şəhidlərinin və onların cəbhədə döyüşən silahdaşlarının xatirəsinə marş oxuyan leytenantlar başsağlığı meydanında olanları qürurlandırıb. Həmin anlar hər kəsin həm qürurlandırıb, həm də tükləri biz-biz edib.
Nilay