HADİSƏ
Güclü qar İstanbulda həyatı iflic edib - FOTOLAR
İstanbulda fasiləsiz yağan qar həyatı iflic edib.
"32gun.az" Türkiyə KİV-ə istinadən xəbər verir ki, şəhərdə qar yağışı səbəbindən səhər saatlarında yol tıxacının 81%-ə çatdığı qeyd olunub.
Yol tıxaclarından sonra İstanbul valiliyi bu gün səhər saat 10:00-dan etibarən ağır nəqliyyat vasitələrinin və kuryerlərin yollarda hərəkətini qadağan edib.
Bu gün də İstanbulda qar yağmasının fasilələrlə davam edəcəyi gözlənilir.