DÜNYA
Zelenski müraciət ünvanladı - Bu 3 addım atılmalıdır...
Ukrayna Prezidenti Vladimir Zelenski G7 ölkələrinin liderlərinə müraciət ünvanlayıb.
32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, Zelenski sülhün başlanğıcını sürətləndirəcək üç addımı qeyd edib. O, bununla bağlı Telegram kanalında yerləşdirdiyi videoda bildirib.
Bu addımlar - Kiyevə müasir tankların, artilleriya və mərmilərin, eləcə də daha uzun mənzilli raketlərin verilməsi; 2023-cü ildə Ukraynada maliyyə, enerji və sosial sabitliyin dəstəklənməsi; 10 bəndlik “sülh formulu”nun həyata keçirilməsidir. Bu planın həyata keçirilmə vaxtını müəyyən etmək üçün Ukrayna prezidenti xüsusi sammitin - Qlobal Sülh Formula Sammitinin çağırılmasını təklif edib.
Nurlan Şiraliyev