DÜNYA
Bələdiyyədə əməliyyat - Bir sıra vəzifəli şəxslər saxlanıldı
Beşiktaş Bələdiyyəsində əməliyyat keçirilib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, əməliyyat “mənfəət əldə edən təşkilat qurmaq”, “rüşvət alma” və “qəsb” kimi cinayətlərə görə baş tutub.
Əməliyyat zamanı keçmiş bələdiyyə sədr müavinləri Rıfat Örnek, Hüseyn Avni Sipahi və hazırkı polis rəisi Səlcuq Bartınlı da daxil olmaqla 16 nəfər saxlanılıb.
Həmçinin, keçmiş bələdiyyə sədri Murat Hazinedar haqqında həbs qərarının çıxdığı və axtarışda olduğu öyrənilib. Araşdırmalar davam etdirilir.
Nurlan Şiraliyev