Universitet oxuyacam dedi, evlənmək istəmədi - Qardaşını öldürdülər (FOTO)
Türkiyənin Çorum bölgəsində iki ailə arasında başlayan mübahisə ölümlə nəticələnib.
32gun.az yerli mediaya istinadən xəbər verir ki, Ahmet Özkarslı adlı gənc Şerife İçöz adlı qıza evlilik təklifi edib. 18 yaşlı qız universitet oxuyacağını bildirərək, bu təklifi rədd edib.

Daha sonra Şerifenin böyük qardaşı Mustafa İçözlə Ahmet Özkarslı və atası arasında mübahisə yaranıb. Mübahisə zamanı A.Özkarslı 21 yaşlı yeniyetməni tapança ilə vuraraq öldürüb. Ağır yaralanan İçöz təcili yardımla xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisənin ardınca hər iki şəxs saxlanılıb. Aparılan istintaqın ardından Ahmet Özkarslıya qarşı 'qəsdən adam öldürmə', atası Mehmet Özkarslıya isə 'öldürməyə təhrik' ittihamı ilə cinayət işi açılıb.

Mustafa İçözün kənddəki dəfn mərasimində bibisi qızı Meryem Taylan infarkt keçirib. Həkimlərin müdaxiləsinə baxmayaraq onun da həyatını xilas etmək mümkün olmayıb.
Nurlan Şiraliyev
