DÜNYA

Xəstəxanada həkimə hücum edənlərdən biri infarkt keçirdi

Qaziantepdə  xəstəxanaların birində bir qrup xəstənin yaxını həkimə hücum edib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, sistem köçürmğk üçün lazım olan dərman və avadanlıqları çox gec gətirdikləri səbəbiylə tibb işçilərinə daş və çubuqlarla hücum ediblər.

Hadisə zamanı 2 təhlükəsizlik işçisi və 3 səhiyyə əməkdaşı yaralanıb.

İnsident zamanı hücum edənlərdən biri infarkt keçirib. O səhiyyə işçilərinin təcili müdaxiləsi ilə həyata qaytarılıb.

Zorakılıq anı təhlükəsizlik kameralarına əks olunub.

Nilay

Oxşar Xəbərlər