DÜNYA

Ərdoğan nə qədər maaş alır?

Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələri zamanı vitse-prezident Fuat Oktay deputatların suallarını cavablayıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Prezident Ərdoğanın maaşı ilə bağlı sualı cavablandıran vitse-prezident, "2022-ci ilin ikinci yarısında və 2023-cü il üçün ayırmalarda artım olmayıb" - deyə, bildirib.

"2022-ci il büdcəsində prezidentimizin aylıq maaşı cəmi 66 min 445 TL-dir. Bu tarixdən etibarən maaşında heç bir artım olmayıb" - deyə, Fuad Oktay sözlərinə davam edib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər