DÜNYA
Mixail Saakaşvili aclıq aksiyasını dayandırdı
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Avropa Parlamenti üzvlərinin çağırışına cavab olaraq bir neçə saat əvvəl başlatdığı aclıq aksiyasını dayandırıb.
32gun.az xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Şalva Xaçapuridze məlumat verib.
"Mən onu inandırmağa çalışdım, amma heç bir faydası olmadı, o, çox əsəbi idi. Bu barədə onun Avropada olan ailə üzvlərinə məlumat verdim. Daha sonra avropalı parlamentarilər ona məktub göndəriblər və o, mövqeyini dəyişib” – deyə, vəkil bildirib.
Nurlan Şiraliyev