DÜNYA
QALMAQALLI İDDİA - ABŞ Suriyaya silah dolu konvoylar göndərdi (FOTO)
Vaşinqton rəhbərliyinin Suriya Demokratik Qüvvələrinə radar və silahların olduğu 2 hərbi konvoy göndərdiyi iddia edilib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, iddiaya görə, iki hərbi konvoy İraq və Suriya arasındakı sərhəd qapısından keçərək terror təşkilatının nəzarətindəki bölgəyə aparılıb.
Bununla bağlı görüntüləri Suriyanın dövlət agentliyi "Sana" paylaşıb.

Suriya İnsan Haqları Müşahidə Qrupu tərəfindən verilən açıqlamada, biri 40 digəri 90 avtomobildən ibarət hərbi sursat yüklü konvoyda hava hücumundan müdafiə sistemləri üçün radarlar və silahların olduğu bildirilib.
Nurlan Şiraliyev