DÜNYA

6 yaşlı qızını ərə verən ata polis tərəfindən saxlanıldı - Həbs ediləcək (VİDEO)

6 yaşlı qızın evləndirilməsi ilə bağlı başladılan istintaq çərçivəsində barəsində həbs qətimkan tədbiri seçilən və hər yerdə axtarışda olan ata Yusuf Ziya Gümüşel saxlanılıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, azyaşlı qızla evləndiyi iddia olunan Kadir İstekli adlı şəxs isə ötən gün polis tərəfindən nəzarətə götürülüb. Hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstekli və Gümüşelin gün ərzində ədliyyəyə göndərilməsi gözlənilir.

Xatırladaq ki, Hiranur Vəqfinin təsisçisi Yusuf Ziya Gümüşelin qızı H.K.G., atasının onu 6 yaşında ikən imamla evləndirdiyini, uşaqlıq illərində hər gün cinsi zorakılığa məruz qaldığını və bu zorakılığın ona oyun kimi göstərildiyini iddia edərək məhkəməyə müraciət etmişdi.

Nurlan Şiraliyev

Son Dakika: 6 yaşındaki çocuk gelin skandalında baba Yusuf Ziya Gümüşel de gözaltına alındı

Oxşar Xəbərlər