DÜNYA

Məşhur qəzet Ərdoğanla İmamoğlunu müqayisə ETDİ

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsi və siyasi qadağası dünya mətbuatında geniş əks-səda doğurub.

32gun.az-ın məlumatına görə, Britaniyanın “Financial Times” qəzeti Türkiyə prezident Ərdoğan və İmamoğlunun siyasi həyatlarını müqayisə edən hesabatında, iki adın siyasi taleyinin oxşar olduğunu qeyd edib. Qəzetin hesabatına görə, İmamoğlu seçkilərdə Ərdoğanın potensial rəqibi kimi görünür.

Həmçinin hesabatda, "İmamoğlunun siyasi taleyi bəzən Ərdoğana bənzəyir. Ərdoğan 1994-cü ildə İstanbul bələdiyyə sədri seçildikdən sonra bütün ölkədə tanınan bir ad oldu. Daha sonra 1998-ci ildə oxuduğu bir şeirlə insanları nifrətə sövq etməkdə günahkar bilindi. Siyasətlə məşğul olmaq qadağan edildi və vəzifəsini tərk etməli oldu. 4 ay həbs edild. Ərdoğanın haqsız yerə mühakimə olunması fikri seçiciləri təhrik etdi və 4 il sonra keçirilən seçkilərdə Ərdoğanın partiyası asanlıqla seçkidə qalib gəldi" - deyə, qeyd olunub.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər