DÜNYA

Rusiyanın baş nazir müavini sanksiyalar siyahısında

ABŞ "Norilsk Nikel" şirkətinin əsas sahibi Vladimir Potaninə, Rusiya Federasiyası baş nazirinin birinci müavini Andrey Belousova, eləcə də bir sıra Rusiya qubernatorlarına qarşı sanksiyalar tətbiq edib.

32gun.az xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin saytı məlumat yayıb.

Əlavə olaraq, “İnterros”, “Rosbank”, VTB və Rusiyada qeydiyyatdan keçməyən bir sıra digər təşkilatlar da məhdudlaşdırıcı siyahıya daxil edilib.

Qeyd edək ki, “Wall Street Journal” qəzetinin yazdığına görə, məhdudiyyətlər Vladimir Potaninə məxsus "İnterros" holdinqi və "Rosbank"a təsir göstərsə də, "Norilsk Nikel"ə təsir edə bilməyəcək.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər