DÜNYA

Zelenski rusiyalı idmançılarla bağlı bunu TƏLƏB ETDİ

Ukrayna prezidenti Vladimir Zelenski ilə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Bax arasında telefon danışığı olub.

32gun.az xəbər verir ki, bu barədə BOK-un mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Zelenski, Rusiya və onun vətəndaşlarının, o cümlədən idmançıların dünya ictimaiyyətindən tam təcrid olunmasını istəyib. Onun fikrincə, bu həm milli komandaya, həm də Rusiyadan olan fərdi idmançılara şamil edilməlidir.

Ukrayna prezidenti həmçinin, BOK-u Ukraynada Rusiya tərəfindən dağıdılmış idman infrastrukturunun bərpasına kömək etməyə çağırıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər