DÜNYA

Sabiq nazir müavininin həbs müddəti uzadıldı

Xoroşevski Rayon Məhkəməsi Rusiyanın nəqliyyat nazirinin keçmiş müavini Vladimir Tokarevin həbs müddətini 2023-cü il yanvarın 18-dək uzadıb.

32gun.az xəbər verir ki, bu barədə Moskva ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.

Keçmiş məmur xüsusilə böyük miqyasda dələduzluqda ittiham olunur.  O, bir ildən artıqdır ki istintaq təcridxanasındadır.

Qeyd edək ki, Nəqliyyat Nazirliyinin rəis müavini yanvarın 19-da saxlanılıb. Onun yaşadığı ünvanda və iş yerində axtarışlar aparılıb. Axtarış zamanı rəqəmsal daşıyıcı, sənədlər və digər əşyalar maddi sübut kimi götürülüb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər