DÜNYA
Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq ediləcək
"ABŞ administrasiyası Rusiyaya qarşı mövcud sanksiyalardan kənar əlavə tədbirlər görəcək".
32gun.az xəbər verir ki, bu barədə brifinq zamanı ABŞ-ın sanksiyalar siyasəti üzrə koordinatoru Ceyms O'Brayen bildirib.
Diplomatın sözlərinə görə, Vaşinqtonun tətbiq etdiyi məhdudiyyətlər Rusiyanın Ukrayna ərazisində hərbi əməliyyatları birbaşa cavabdır. O əlavə edib ki, Moskvanın bu cür hərəkətləri “ABŞ-ın növbəti addımlarına səbəb olacaq”.
Həmçinin, Ceyms O'Brayen əmindir ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar işləyir və “Rusiyaya zərər verir”.
Nurlan Şiraliyev