DÜNYA

Putin Lukaşenko ilə görüşəcək - Görün hansı mövzular müzakirə ediləcək

Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə görüşmək üçün dekabrın 19-da Minskə səfər edəcək.

32gun.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Görüşün mövzuları ticarət-iqtisadi əməkdaşlıq, eləcə də enerji sektorunda əməkdaşlıq və təhlükəsizlik məsələləri olacaq. Prezidentlər regionda və dünyada vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq, buna cavab vermək üçün birgə tədbirləri müzakirə edəcəklər.

Daha sonra liderlər arasında təkbətək görüş olacaq. Danışıqların sonunda onlar bəyanatlarla çıxış edəcək, jurnalistlərin suallarını cavablandıracaqlar.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər