DÜNYA
Suriya-Türkiyə sərhədindəki SON VƏZİYYƏT AÇIQLANDI
"Suriya-Türkiyə sərhədində vəziyyət ağır olaraq qalır, lakin tərəflərin narahatlığını nəzərə alaraq, bu vəziyyəti həll etmək olar".
32gun.az xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Verşinin “Rossiya-24” telekanalının efirində deyib.
Nazir müavini vurğulayıb ki, Rusiya ümumilikdə Suriya ətrafında, o cümlədən Suriya-Türkiyə sərhədində vəziyyətin inkişaf dinamikasını diqqətlə izləyir.
"Biz Astana formatı çərçivəsində qarşılıqlı fəaliyyətimizi yüksək qiymətləndiririk, bu, Rusiya, Türkiyə və İranın iştirak etdiyi formatdır. Bu format Suriyada nizamlanmanın irəliləməsi üçün çox işlər görmüşdür" - deyə, o, bildirib.
Nurlan Şiraliyev