DÜNYA

Bu iki deputatın toxunulmazlığının götürülməsi TƏLƏB EDİLDİ (FOTO)

Yunanıstanın baş naziri və hakim Yeni Demokratiya (ND) partiyasının lideri Kiriakos Mitsotakis Avropa Parlamentinin deputatı Mariya Spirakinin ND-dəki üzvlüyünü dayandırıb.

32gun.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

"Mariya Spiraki növbəti milli seçkilərdə Saloniki şəhərinin birinci rayonunda “Yeni Demokratiya” partiyasından deputatlığa namizəd olmayacaq" - deyə, qeyd edilib.

AB'deki yolsuzluk soruşturmasında yeni gelişme: Maria Spiraki'nin parti  üyeliği askıya alındı

Lüksemburqda yerləşən Aİ Prokurorluğu Yunanıstandan olan iki avropalı deputatın - AP-nin keçmiş sədr müavini, sosialist fraksiyalardan olan deputat Eva Kailinin, ND və Milli Məclisin deputatı Mariya Spirakinin deputat toxunulmazlığının götürülməsini tələb edib.

Deputatın üzvlükdən uzaqlaşdırılmasının səbəbi kimi, onunla bağlı aparılan istintaq işinin olması göstərilir.

Nurlan Şiraliyev

 

Oxşar Xəbərlər