Avropa İttifaqında İlon Maska xəbərdarlıq - Sanksiyalar gözlənilir
Avropa İttifaqı amerikalı jurnalistlərin "Twitter"dəki hesablarını blokladığına görə İlon Maskı sanksiyalarla hədələyib.
32gun.az xəbər verir ki, bu barədə Avropa Komissiyası (AK) rəhbərinin müavini Vera Yurova "Twitter" hesabında yazıb.
"Jurnalistlərin "Twitter"də bloklanması ilə bağlı xəbərlər narahatlıq doğurur. Avropa Rəqəmsal Xidmətlər Aktı mətbuat azadlığı və fundamental hüquqlar tələb edir. Bu tələb bizim Mətbuat Azadlığı Aktımızla da gücləndirilib. İlon Mask bundan xəbərdar olmalıdır" - deyə, o, bildirib.
Qeyd edək ki, “Twitter” sosial şəbəkəsinin rəhbərliyi Amerikanın aparıcı KİV-lərinin bir neçə jurnalistinin hesablarını dayandırıb. Həmçinin CNN, The Washington Post, The Intercept və Mashable müxbirlərinin, eləcə də bir neçə müstəqil jurnalistin hesabları bloklanıb.
Nurlan Şiraliyev