"Namizəd olacağına şübhə yoxdur, prezident Ərdoğan bunu yaxşı bilir"
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğluna verilən həbs cəzası beynəlxalq ictimaiyyətdə böyük əks-səda doğurub.
32gun.az xəbər verir ki, İmamoğlunun həbs cəzası ilə bağlı İngiltərənin "The Times" qəzetində məqalə dərc edilib.
Qəzetin Türkiyə müxbiri Hannah Lucinda Smith-in məqaləsində “İmamoğlunu həbs etdirmək qərarı əks nəticə verə bilər” başlığı altında “İmamoğlunun dünya üzrə tanınması cəzasından sonra 5 gün ərzində sürətlə artdı" ifadələri şərh edilib.
İBB sədri Əkrəm İmamoğluna yerli dəstəyin güclü olduğu vurğulanan məqalədə, "Hələ təcrübəsi nisbətən azdır. Lakin onun bu qərarla gələcəkdə namizəd olacağına heç bir şübhə yoxdur. Prezident Ərdoğan bunu yaxşı bilir" - deyə, qeyd edilib.
“The Times” qəzetindəki məqalə bu ifadələrlə yekunlaşıb: “İmamoğlunun mübarizəsi müxalifəti gücləndirmək ola bilər, Ərdoğan isə bir nəsil əvvəl qalib gəlmək şansı aşağı olan namizəd kimi təqdim olunurdu”.
Nurlan Şiraliyev