DÜNYA
Şərab Evinə girib "Müsəlmansansa niyə şərab satırsan" deyən şəxsə görün nə etdilər (ANBAAN VİDEO)
İstanbulun Esenyurt bölgəsində lentə alınan video qısa zamanda viral olub.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, görüntülərdə yolda şərab evinə girən şəxs əvvəlcə satıcılara “Müsəlmansan, qardaş?” deyə soruşub.
İçəridəkilər "Əlhəmdülillah, müsəlmansan, nə olub?" sözləri ilə reaksiya verib. Həmin şəxs "Müsəlmansan, amma içki satırsan" deyib. Bu sözlər şərab evinin satıcılarını daha da hiddətləndirib və onu təpik və şillə ilə vurub mağazadan çıxarıblar.
Təhlükəsizlik kamerası tərəfindən saniyə-saniyə lentə alınan görüntüdə mağazada başlayan mübahisənin küçəyə davam etdiyi görünür.
Nilay