DÜNYA

Kafeyə silahlı insident- Ölənlərdən biri kriminal aləmin üzvüdür (ANBAAN VİDEO)

Afinada maskalı şəxs kafeyə basqın edərək üç nəfəri güllələyib.

32gun.az xəbər verir ki, bu barədə Yunanıstanın ERT televiziyası məlumat verib.

Hadisə zamanı iki kişi ölüb, bir qadın isə yaralanıb. Yaralı qadının həyatı təhlükəsinin olmadığı bildirilib.

Öldürülən şəxslərdən birinin kriminal aləmin üzvü olduğu, onlar arasında kriminal qarşıdurma baş verdiyi bildirilir.  Hücumu törədən şəxs hadisə yerindən qaçıb.

Baş verən insidentin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər