DÜNYA
Sərhəddəki əməliyyatda İnterpol tərəfindən axtarışda olan şəxs saxlanıldı
İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan İŞİD üzvü Hatay sərhədində saxlanılıb.
32gun.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Terrorçunun Suriyadan Türkiyəyə keçmək istəyərəkən saxlanıldığı müəyyən edilib.
Milli Müdafiə Nazirliyindən verilən açıqlamada, "İŞİD terrorçusunun Suriyadan ölkəmizə sızmağa cəhd edəcəyi ilə bağlı məlumat əldə edildi. Dərhal Hatay sərhəd xəttində lazımi tədbirlər görüldü və əməliyyat keçirildi" - deyə, qeyd edilib.
Nurlan Şiraliyev