Putin "taxıl sazişi" ilə bağlı daha bir QANUN İMZALADI
Rusiya prezidenti Vladimir Putin Rusiya sığorta şirkətlərinə 2023-cü ildən etibarən qida məhsulları və mineral gübrələrin ixracı ilə bağlı dost olmayan dövlətlərin sığortaçıları ilə müqavilələr bağlamağa icazə verən qanunu imzalayıb.
32gun.az xəbər verir ki, dekabrın 19-da imzalanan sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Qanun Rusiya, Ukrayna, Türkiyə və BMT arasında imzalanmış “taxıl müqaviləsi” çərçivəsində rus ixracatçılarına sığorta dəstəyi göstərmək üçün nəzərdə tutulub.
Dəyişikliyin mahiyyəti "taxıl sazişi" çərçivəsində taxıl və gübrə ixracının həyata keçirilməsi üçün zəruri sığorta mexanizminin işlənib hazırlanmasıdır. Bu barədə Dövlət Dumasının Əmlak, Torpaq və Mülkiyyət Münasibətləri Komitəsinin sədri Sergey Qavrilov bildirib.
Nurlan Şiraliyev