DÜNYA

10 yaşlı qızı 12 yaşlı əmisi oğluna nişanladılar - FOTOLAR

Misirdə bir ailə 10 yaşlı qızını 12 yaşlı əmisi oğlu ilə nişanlayıb.  

32gun.az xarici KİV-ə istinadən bildirir ki, tezliklə uşaqları evləndirməyi planlaşdıran ailə mərasimi Misirin şimalındakı Şərqi əyalətində baş tutub.
Mərasimdə çəkilən fotoşəkillər ailələri tərəfindən sosial mediada paylaşıldıqda, Misir uşaq müdafiəsi rəsmiləri evə qəfil "qonaq" gedib  və nişanın təfərrüatları barədə məlumat verib.
10 yaşlı qız gəlinlik, 12 yaşlı oğlan bəylik kostumu geyindirən ailə üzvləri  oğlan hadisə ilə bağlı bu açıqlamanı verib:

"Ailə arasında nişan üzüyü taxdıq. Oğlumuz həmişə bibisi qızını sevirdi və onunla evlənmək istəyirdi. Söz verdik ki, yetkinlik yaşına çatanda onların xoşbəxt ailə qurması üçün çox çalışacaq".
Uşaqların Müdafiəsi Departamentinin baş direktoru Məhəmməd Nəzmi bildirib ki, Şarqiyyə valiliyinin uşaqların müdafiəsi üzrə məsul işçilər valideynlərə uşaqlar üçün erkən nikahın təhlükələrini izah etmək üçün ailənin evinə gediblər. O, həmçinin valideynlərdən uşaqlara yaxşı baxılacağı və evlilik planlarının dayandırılacağı ilə bağlı söz aldıqlarını bildirib.

Nilay

Oxşar Xəbərlər