DÜNYA
Avropada qazın qiyməti ARTDI - Səbəb kimi bu göstərilir
Çuvaşiyada qaz kəmərində baş verən partlayışdan sonra Avropada qazın qiyməti 1000 kubmetr üçün 1260 dollara yüksəlib.
32gun.az xəbər verir ki, bunu London ICE birjasının məlumatları sübut edir. Günün əvvəlindən ümumi qiymət artımı 5%-i ötüb.
Qeyd edək ki, yanğın Çeboksarı yaxınlığında Kulhiri və Kalinino kəndləri arasında baş verib. Hadisəyə səbəb kimi yeraltı qaz kəmərində sızmanın olduğu göstərilib.
Nurlan Şiraliyev
-->@32gun.az