Putindən dünya ölkələrini narahat edəcək NÜVƏ açıqlaması
Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin iclası zamanı bir sıra mühüm açıqlamalar verib.
32gun.az xəbər verir ki, Rusiya lideri çıxışı zamanı nüvə qüvvələrinin müharibəyə hazır vəziyyətə gətiriləcəyini bildirib.
"NATO-nun demək olar ki, bütün əsas ölkələrinin silahlarından Rusiyaya qarşı istifadə olunur. Rusiya hərbi potensialını artıracaq və üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək. Ordumuz böyük təcrübə qazanıb" - deyə, o, sözlərinə davam edib.
Qitələrarası Sarmat raketlərinin tezliklə döyüş vəzifəsinə hazır olacağını bildirən Putin, "Ukrayna əməliyyatı pilotsuz təyyarələrin əhəmiyyətini göstərdi. Ordunu müasir silahlarla təchiz edəcəyik. Suriyada əldə etdiyimiz təcrübələrdən istifadə olunacaq. NATO-nu ən yaxşı şəkildə təhlil edəcəyik. SARMAT II raketləri tezliklə müharibə üçün yerləşdiriləcək. Biz nüvə qüvvələrinin döyüş hazırlığını təkmilləşdirməyə davam edəcəyik” - deyə, açıqlamasında bildirib.
Qeyd edək ki, Rusiya “Sarmat”ı 1988-ci ildən inventarında saxladığı və Qərb dövlətlərinin “Şeytan” kimi qələmə verdiyi qitələrarası “Voyevoda” ballistik raketini əvəz etmək üçün hazırlayıb. Hərbi ekspertlər "Sarmat"ın 11 mindən 18 min kilometrə qədər uçuş məsafəsinə malik olduğunu bildirirlər.
Nurlan Şiraliyev