DÜNYA

Bəşər Əsəd fərman imzaladı - Türkiyə və digər ölkələrdəki suriyalılarla bağlı

Suriya prezidenti Bəşər Əsəd fərman imzalayıb.

32gun.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmana əsasən, Suriyada fərarilər üçün yeni amnistiya elan edilib. Bununla da, 3-4 ay ərzində təslim olanlara həbs cəzası verilməyəcək. Fərmanda ölkədə məcburi hərbi xidmətdən qaçan şəxslərin 3 ay ərzində, ölkə hüdudlarından kənarda olanların isə 4 ay ərzində təslim olmaları halında həbsdən azad ediləcəyi açıqlanıb.

Əfv elanı Türkiyə də daxil olmaqla bir çox ölkədə yaşayan suriyalıların geri qayıtması üçün mühüm addım kimi qiymətləndirilir.

Nurlan Şiraliyev

@32gun.az

 

Oxşar Xəbərlər