DÜNYA
ABŞ-ın Rusiyadakı yeni səfiri görün kimdir - Daha əvvəl İrəvanda...
Dövlət Departamentinin əməkdaşı Lin Treysi ABŞ-ın Rusiyadakı yeni səfiri təyin edilib.
32gun.az xəbər verir ki, Treysinin namizədliyi ABŞ prezidenti Co Bayden tərəfindən sentyabr ayında irəli sürülüb.
Bildirək ki, o, rus dilini bilir və 2014-2017-ci illərdə Moskvada diplomatik nümayəndəlik rəhbərinin müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Lin Treysi bu təyinatdan əvvəl ABŞ-ın İrəvandakı səfiri vəzifəsini tutub.
Nurlan Şiraliyev