DÜNYA

Zelenskinin təyyarəsi Vaşinqtona eniş etdi

Ukrayna prezidenti Vladimir Zelenskinin olduğu təyyarə Vaşinqton yaxınlığındakı aviabazaya enib.

32gun.az xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb.

"Ukrayna liderini daşıyan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə paytaxt yaxınlığındakı Endryus Birgə Bazasına eniş edib"  - məlumatı ABŞ rəsmisi təsdiqləyib.

Qeyd edək ki, səfər zamanı Ukrayna lideri amerikalı həmkarı Co Baydenlə görüşməyi və Konqresdə çıxış etməyi planlaşdırır.

Nurlan Şiraliyev

@32gun.az

 

Oxşar Xəbərlər