DÜNYA
Rusiya vətəndaşı Gürcüstanda həbs edildi
Məhkəmə gürcüstanlı jurnalisti avtomobillə vuran Rusiya vətəndaşı barədə qərar verib.
32gun.az xəbər verir ki, bu barədə Formula telekanalı məlumat yayıb.
Hadisənin qəsdən törədildiyi bəlli olub.
Adı açıqlanmayan rusiyalının Gürcüstanı tərk etməsi qadağan edilib. Ardınca onun barədə həbs qərarı müəyyən edilib. Həmçinin, Gürcüstan məhkəməsi tərəfindən Rusiya vətəndaşına 7 min lari (təxminən 2500 dollar) məbləğində cərimə təyin edilib.
Nurlan Şiraliyev