DÜNYA
Ukrayna lideri Ağ Evə getdi - VİDEO
ABŞ prezidenti Co Bayden Ukrayna lideri Vladimir Zelenski ilə görüşüb.
32gun.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.
Məlumata görə, görüş Ağ Evdə baş tutub. Ukrayna liderini ABŞ prezidenti və onun həyat yoldaşı Cil Bayden qarşılayıb.
Bildirək ki, Zelenski Amerika liderinin iqamətgahına yerli vaxtla saat 14:00-da gəlib.
Qeyd edək ki, bu, Zelenskinin vəzifəyə başladığı gündən ABŞ-a ikinci, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından sonra isə ilk səfəridir.
Nurlan Şiraliyev
-->@32gun.az