DÜNYA
Türkiyənin bu mesajı ABŞ generalını qorxuya saldı
“Burada gərginliyin azaldılması və türklərin əməliyyatının qarşısını almaq üçün ediləcək hər şey çox vacibdir".
32gun.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələrinin (CENTCOM) komandanı Maykl Erik Kurilla bildirib.
Türkiyə prezidenti Ərdoğanın Tel Rıfat və Mənbiçə hərbi əməliyyat siqnalı verməsindən sonra danışan amerikalı general, Türkiyənin Suriya əməliyyatının qarşısının alınması lazım olduğunu açıqlayıb.
Kurilla çıxışında terror təşkilatı İŞİD-i bəhanə edərək, "Çox narahatam, çünki bu, bölgədə qeyri-sabitliyə və Suriyadakı tərəfdaşlarımızın İŞİD həbsxanalarına nəzarəti itirməsinə səbəb ola bilər. Suriyanın şimalında təxminən 28 həbsxana var" - deyə, bildirib.
Nurlan Şiraliyev