DÜNYA
Deputat 15 il müddətinə azadlıqdan məhrum edildi - FOTO
Ukrayna məhkəməsi Dövlət Dumasının deputatı Denis Maydanova qarşı Ukraynanın ərazi bütövlüyünə qəsd ittihamı ilə qiyabi hökm çıxarıb.
32gun.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) məlumat yayıb.
Məlumata görə, "Təhlükəsizlik xidməti Ukraynanın şərq vilayətlərinin bir hissəsinin ələ keçirilməsində iştirak edən rusiyalı deputat Denis Maydanovun təqsirli olduğuna dair qeyd-şərtsiz sübutlar toplayıb".
Bununla da, parlamentari mülkiyyəti müsadirə olunmaqla 15 il müddətinə azadlıqdan məhrum edilib. O, “Rusiya ərazisində olduğundan” qiyabi məhkum edilib.
Nilay
