DÜNYA
Paşinyan yenə Rusiyaya getdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfərə yollanıb.
32gun.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin Mətbuat xidməti yayıb.
Paşinyan səfər çərçivəsində Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammitində iştirak edəcək.
Onun Rusiyaya səfəri iki gün davam edəcək.